“Çəkiləcəyik” deyən ABŞ, Suriyaya yeni qüvvələr gətirir

Baxış sayı:
7213

Suriyadakı etibarlı yerli mənbələrə görə, ABŞ, terror təşkilatı YPG/PKK-nın işğal etdiyi sahələrdə hərbi varlığını gücləndirir.
 
2015-in oktyabrında başlayan baza qurma fəaliyyətləri çərçivəsində Hasekədə 2 hava bazası inşa edən ABŞ, Rakka və Münbiçdə də 8 operativ hərbi nöqtə yaratmışdı.
ABŞ, 2017-nin iyulundan bu yana ümumilikdə 5 yeni baza və operativ hərbi məntəqələr qurdu. Bunlardan 2-si Münbiçdə, Fərat Qalxanı bölgələrini qoruyan müdafiə qüvvələrinə yaxın ərazidə inşa edilib.
Rakkanın şimalındakı Tel Abyad rayon mərkəzinin cənub-qərbində də 2 hərbi məntəqə qurub.
ABŞ, İraq sərhədində yerləşən enerji ilə zəngin Deyrizor rayonunun YPG/PKK işğalındakı qismində də daha bir baza inşası tamamlanıb. Deyrizorun cənub-şərqindəki Saban neft və qaz sahəsinin cənubunda, Yeşilköy olaraq anılan və villa tipli tikililərdən ibarət olan yaşayış massivinin şimal-qərb hissəsindəki ərazidə baza yaradılıb. Fərat çayına təxminən 10 kilometr məsafədəki sahə, Saban neft və qaz sahəsi ilə Tanak emalı zavodunu və Ömər neft sahəsinin əsas hövzəsinin şimalına açılan yolun birləşmə nöqtəsini nəzarət edir.

RAKKANIN ŞİMALINA RADAR SİSTEMİ
 
Digər tərəfdən ABŞ, Rakkanın şimalında terror təşkilatı YPG/PKK işğalındakı Ayn al Arabın (Kobani) cənubunda hava limanı kimi istifadə etməyə başladığı Sırrin bazasını genişləndirir. ABŞ, bu çərçivədə Sırrindəki buğda silos məntəqəsinə hava müdafiə və siqnal kəşfiyyat üçün radar və müxtəlif elektron sistemlər qurub.
 
Mənbələr, Vaşinqton rəhbərliyinin beləliklə, Fərat çayının şərqindəki varlığını gücləndirdiyini ifadə edir.
 
QAMIŞLIDA 2 SİMMETRİK NÖQTƏ
 
ABŞ, Suriyanın şimal-şərqindəki Qamışlı rayonunun 3 kilometr şərqi və qərbində bir hərbi məntəqə inşa edir.
Yerli qaynaqlar, ABŞ-ın son bir ayda başladığı 2 hərbi məntəqə işinin, bölgədə daimi qalma planının hissəsi kimi qiymətləndirir.
Qamışlının qərbində tikintisi davam edən məntəqə, Himo mahalında, şərq hissəsindəki nöqtə isə Cemayə bölgəsində olacaq.
 
NEFT VƏ QAZ BÖLGƏSİNƏ BAZA
 
Mənbələr, Deyrizorda inşa edilən stansiyanın həm ölkənin ən böyük neft sahəsi Ömərə, həm də DEAŞ-ın şəhərdəki son qalası Heccinə yaxın bir lokasyon-da olduğuna işarə edir.
DEAŞ Əleyhinə Beynəlxalq Koalisiyanın sözçüsü polkovnik Sean Ryan, dünən Twitter hesabından verdiyi açıqlamada, Suriyanın şimal-şərqində, Fərat çayının ortasından başlayaraq, Suriya-İraq sərhədi boyu davam edən DEAŞ varlığını bitirmək üçün əməliyyata başladıqlarını bildirmişdi.
Təxminən bir aydır davam edən baza işləri çərçivəsində yük təyyarələrinin enməsi üçün meydançalar olacaq. Beləliklə, bölgəyə hərbi daşımalar quru əvəzinə havadan göndəriləcək.
Mənbələr, stansiyanın yüksək təhlükəsizlik tədbirləri ilə inşa edildiyini, 4 tərəfinin snayperlər və zirehli vasitələrlə qorunduğunu bildirir.
 
18 NÖQTƏYƏ ÇATACAQ
 
Davam edən inşaat fəaliyyətlərinin tamamlanması ilə ABŞ-ın bölgədəki hərbi varlığı 18 nöqtəyə yayılmış olacaq.
Yerli qaynaqlar, sürətlənən hərbi nöqtə və baza tikintilərinin, ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltonun İranın bölgədə təhdid yaratmağa davam etdiyi müddətdə Amerika əsgərlərinin Suriyada qalacağı barədə açıqlamasından sonra başladığına diqqəti çəkir.
ABŞ, həmin nöqtələrdə yerləşdirdiyi xüsusi birliklər və avadanlıqla YPG/PKK-ya DEAŞ-a qarşı antiterror əməliyyatlarında dəstək verərkən Azad Suriya Ordusu qüvvələrinə qarşı da onlara qoruma təmin edir.
Əməliyyat nöqtələri, əsasən kiçik və mobil birliklər üçün təhlükəsizlik səbəbilə "səhra surəti" şəkildə, üzərinə torpaq yığılmış düz ərazi üzərində qurulur. Briqada və avadanlığın hər an hərəkətə keçə biləcəyi şəkildə gözlədiyi səhra tipi nöqtələrin quruluşunu müəyyən etmək də çətin olur. Bunlardan başqa ABŞ, dəyişdirilməsi asan zavodlar, yaşayış sahələri və ya PKK/PYD-nin düşərgələri kimi müəyyən edilməsi çətin sahələri də əməliyyat nöqtə kimi istifadə edir.
ABŞ qüvvələri, Suriyanın şimalında bəzi sahələri "girişi qadağan bölgə" elan edərək əməliyyat məntəqələrin tikintisini gizli saxlayır. Sözügedən sahələrdə, top atışı, hava hücumu üçün əlaqə görəvlisi, hərbi müşavir, təlimçilər, əməliyyat planlaşdırma mütəxəssisləri və fəal qarşıdurma içində yer alan birliklər yerləşir. Avadanlıq kimi də Suriyadakı vətəndaş müharibəsinin təbiətinə uyğun şəkildə mobil tutumu yüksək top batareyaları, çox lüləli minaatanlar, kəşfiyyat üçün müxtəlif mobil avadanlıqlar, hava endirmə bazalarının ətraf mühit təhlükəsizliyi və ümumiyyətlə patrul üçün "Stryker" zirehli maşınlar kimi vasitələr yer alır.
Müxalifət.az