“Çəkiləcəyik” deyən ABŞ-ın PKK PLANI ORTAYA ÇIXDI

Baxış sayı:
5425

ABŞ-ın Suriyadan çəkilmə təqvimi aydınlaşır. 6 aylıq bir zaman kəsiyindən bəhs edilir. Trampın “çəkilmə” planı ilə Pentaqonun  “Suriyada qalma” planını toplayanda, ABŞ-ın yeni Suriya siyasəti də ortaya çıxmış olur.
 
Taha Dağlı/ Haber7.Com
 
ABŞ prezidenti Donald Tramp Suriyadan çəkilmə məsələsində israrlıdır.
Son bir neçə həftədə bunu iki dəfə gündəmə gətirib.
Hər iki halda da Pentaqondan əks istiqamətdə açıqlamalar gəlib.
Əslində Trampın Suriyada daimi qalmaq istəmədiyini açıqlaması yeni bir vəziyyət deyil.
Bunu Tramp prezidentliyə namizəd olanda da söyləmişdi.
Diqqət çəkən məqam isə Tramp "çəkiləcəyik" - dedikdən sonra Pentaqondan komandirlərin bu fikirlə razılaşmaması olmuşdu.
Belə ki, Tramp "çəkiləcəyik, çünki İŞİD-lə mübarizə bitdi" deyərkən, Mərkəz Qüvvələr Komandanlığından general Cozef Votel ilə Brett Makgurk "xeyr, vəzifə hələ başa çatmayıb, işimiz bitənə qədər Suriyadayıq" ifadələrini işlətmişdi.
Ağ Evdə milli kəşfiyyatın da iştirak etdiyi son iclas isə Tramp ilə Pentaqon arasında “çəkilmə” ilə bağlı fikir ayrılıqlarının minimuma endiyini göstərdi.
Buna görə İŞİD-lə mübarizə tam bitməsə də, az qaldığı fikri ilə hər iki tərəf razılaşıb. Sonra isə “çəkilmə” məsələsində razılıq əldə olunub.
 
 BƏS ÇƏKİLMƏ NƏ VAXT OLACAQ?
 
 ABŞ-da noyabr ayında konqresə ara seçkiləri keçiriləcək. Tramp seçkiyə qədər ABŞ əsgərlərinin Suriyadan evə qayıtmasını istəyir.
 Yəni 6 aylıq bir proses var.
 
BƏS 6 AY SONRA ÇƏKİLMƏ BAŞ TUTARSA, NƏ OLACAQ?
 
Əsas məsələ də əslində buradadır.
Əldə olan məlumatlara baxanda, Trampın “çəkilmə” fikri ilə Pentaqonun “qalma” inadkarlığının toplandığını və ümumi bir nəticə çıxardığını görürük.
 ABŞ hərbçiləri noyabra qədər Suriyadan ayrılacaq, bundan sonra isə ABŞ-ın tərk etdiyi yerlər Ağ Ev sözçüsünün dediyi kimi, "yerli qüvvələrə" veriləcək.
 
BƏS KİMDİR O YERLİ QÜVVƏLƏR?
 
ABŞ-ın Suriyada tərəfkeş kimi qəbul etdiyi yeganə yerli güc var, o da PKK-PYD terrorçularıdır.
Yəni Trampın dediyindən belə çıxır ki, ABŞ hərbçiləri Suriyadan çıxarsa, yerləri PKK-lılara təslim ediləcək.
 Əlbəttə, bu birgə plan, Pentaqonun son bir neçə gündür Münbiçə qarşı hərbi investisiyalarını da boşa çıxarmamış olacaq.
Çünki ABŞ ən az 300 əsgərlə Münbiçə köməyə getdi. 2 yeni baza inşa edir. Onsuz da regionda 20-dən çox hərbi bazaları var.
Çəkilmə planı bu son formada işləyərsə, bütün bu hərbi varlıqlar PKK-PYD terrorçularına qoyulmuş olacaq.
Əlbəttə işin bir də Fransa yönü var.
Tramp iki dəfə “çəkilmə” söhbəti edərkən, ikisində də Fransa prezidenti Makronla görüşüb.
Fransanın Suriyaya və PKK-ya olan xüsusi bağlılığı onsuz da ortadadır.
Noyabrdan sonra əgər ABŞ hərbçilərinin çəkilməsi baş tutarsa, varis olaraq buraxılan PKK-ya nəzarət Fransız əsgərlərinə həvalə olunacaq.
Bu arada Tramp, çəkilmə planınından danışarkən, "Səudiyyə Ərəbistanı qalmağımızı istəyirsə, o halda pulunu versin" demişdi. Trampla Kral Salmanın Suriyanın yenidən inşası adı altında 4 milyard dollara razılaşdığı bildirilir.
Müxalifət.az