Çəkdikləri videolara görə məhkəməyə verilən sosial media fenomenləri... - FOTOLAR

Baxış sayı:
4093

Hər kəsə məlumdur ki, artıq insanlar evlərində oturaraq, dünyaya səsini çatdıra, bir anın içində fenomenə çevrilə bilirlər. Burada sosial medianın çox böyük rolu var.

İnsanlar “You Tube”, “İnstagram” kimi sosial platformalardan hətta həyatlarını təhlükəyə ataraq, məşhur olmağa, çoxlu baxış sayı toplamağa çalışırlar. Bəzən fenomenə çevrilən insanlar o qədər əndazəni aşırlar ki, izləyicilər onları polisə şikayət edir.

Keçdiyimiz gün Türkiyənin məşhur sosial media fenomeni 20 yaşlı Enes Batur çəkdiyi videoya görə izləyiciləri tərəfindən polisə şikayət olunub.

Belə ki, sözügedən videoda Enes öz əmisinə həqarət edərək onu alçaldıb. Elə videonun məzmununa görə də izləyicilər şikayətçi olublar. Enes isə bunun əvəzində videonu yayından qaldırıb.

Polisə Enesin son çəkdiyi video ilə bağlı şikayət edən bir şəxs 15 yaşlı oğlunun onunla sərt danışdığını və ona qarşı gəldiyini görüb və bundan narahat omağa başlayıb. Bundan sonra oğlunun sosial media hesablarını izləyib və müşahidə edib ki, oğlu Enesin bu tip videolarını izlədikdən sonra onun kimi davranmağa başlayıb. Elə buna görə də Enes Baturdan polisə şikayət edib.

Yalnız Türkiyədə deyil, bütün dünyada sosial media vasitəsilə fenomenə çevrilən insanların izləyiciləri tərəfindən paylaşılan videoya görə polisə şikayət olunur.

“Uşaqları təcavüz və sosial mediadan qoruma dərnəyi” tərəfindən Kerimcan Durmaz və Danla Bilic haqqında uşaqlara pis nümunə olma səbəbiylə polisə şikayət verilib.

Kerimcan Durmaz ve Danla Bilic

2 milyon izləyicisi olan “You Tuber” Danla Bilic bir videosunda “intihar edin, bu həyatdan qurtulun” sözləriylə izləyicilərinin sərt tənqidinə məruz qalmışdı və polisə intihara təşfiq etmə səbəbiylə şikayət olunmuşdu. 

İzləyicisi tərəfindən polisə şikayət olunan fenomenlərdən biri də 22 yaşlı amerikalı “You Tuber” Loqan Aleksandr Pauldur.

15 milyon izləyicisi olan Aleksandr keçən ay Yaponiyada intihar meşəsində cəsədlərin videosunu paylaşdığı üçün izləyiciləri tərəfindən polisə şikayət olunub. Aleksadr izləyicilərindən gələn sərt reaksiyalardan sonra hər kəsdən üzr istəyib, videonu silib.

Screengrab from the video posted by Logan Paul in Japan's Aokigahara forest

Sosial mediadakı paylaşımlara görə valideynlik hüququndan məhrum olunan fenomenlər də var.

ABŞ-da “Beşinin atası” adlı “You Tube” kanalında 5 uşağına etdiyi zarafatları videoya çəkib, paylaşan ata və ögey ana valideynlik hüququndan məhrum edilib.

Belə ki, izləyiciləri tərəfindən polisə şikayət olunduqdan sona polis bu ailənin paylaşımlarını ciddi nəzarətə götürüb. Belə məlum olub ki, ata və ögey ananın uşaqlarına etdiyi zarafatlarda fiziki zorkılıq var və bu, izləyicilər üçün pis nümunədir.

Daddyofive

Videoların birində ata azyaşlı uşağını itələyir və burnunun qırılmasına səbəb olur. Digər bir videoda azyaşlı uşağı səhvinə görə təhqir etməyə başlayıb, gülürlər.

Bəzi insanlar da var ki, fenomen olmaq üçün kimisə yaralamaqdan, hətta öz canına qəsd etməkdən belə, çəkinmir. Keçən il Sara Klark adlı qadın fenomen olmaq üçün özünü çoxmərtəbəli bir binadan yerə atmış və elə hadisə yerindəcə ölmüşdü./musavat.com