Çiprastan “Türkiyə” mesajı! QORXMURUQ

Baxış sayı:
6151

Yunanıstanın baş naziri Aleksis Çipras, Türkiyə ilə münasibətlər məsələsində "Bizim hazırda turizmimizi necə inkişaf etdirə, Egey dənizində ticarətin daha da güclənməsi kimi məsələləri danışmağımız lazımdır" deyib.
 
Çipras, dəniz suyu artıma kompleksinin açılışı üçün gəldiyi Meis adasındakı çıxışında Türkiyə ilə münasibətlər və ölkəsinin iqtisadi vəziyyətinə dair açıqlamalar verib.
 
KİMSƏDƏN QORXMURUQ
 
Əməkdaşlıq və birlikdə sülh içində yaşamağı qarşılarına məqsəd qoyduqlarını dilə gətirən Çipras, "Biz heç kimi təhdid etmirik. Ancaq kimsədən də qorxmuruq" deyə, bildirib.
 
BİNALI YILDIRIMIN TELEFON ZƏNGİ
 
Çipras, baş nazir Binalı Yıldırımın qəzaya uğrayan təyyarədə həyatını itirən Yunan pilot üçün başsağlığı zəngi etdiyini xatırladaraq, "Bu yaxşı bir jest oldu və bu cür həmlələrin davam etməsi lazımdır. Bizim hazırda turizmimizi necə inkişaf etdirə, Egey dənizində ticarətin daha da güclənməsi kimi məsələləri danışmağımız lazımdır" deyə, dəyərləndirmə edib.
Yunanıstanın gücünün yerində olduğunu və həlledici rola malik olduğunu qeyd edən Çipras, təhrik və agressivliyin qüdrət əlaməti olmadığını qeyd edib.
Müxalifət.az