​Çinlilər Si Cinpinin portretinə inanc gətirdi - ŞOK

Çində əhalinin dini inancları məcburi surətdə dəyişdirilir.
Muxalifet.az xəbər verir ki, ölkənin cənub-şərq hissəsində yerləşən kasıb əyalətlərdən biri Szyansində əhalinin xristian dinindən uzaqlaşaraq birbaşa Çinin Kommunist Partiyasına və onun lideri Si Cinpinə itaət etməyə çalışılır.
Mart ayından davam edən kampaniya nəticəsində kənd əhalisindən 600 nəfəri təzyiqlərə dözə bilməyib dini inanclarından, evdəki dini kitablardan qurtularaq əvəzinə Kommunist Partiyasının simvollarına və Si Cinpinin portretinə inanc gətiriblər.
Partiya nümayəndələri əhaliyə bunun müqabilində yoxsulluqla mübarizə üçün dəstək verəcəyini bəyan edib. Mart ayından başladılan kampaniyanın bilavasitə “yoxsulluqla mübarizə” xarakteri daşıdığı qeyd edilir.
Dünya mediası sözügedən hadisənin təfərrüatlarını araşdırır.