Çinli miqrantlar Rusiyanı qarış-qarış ələ keçirir? – RUSLARIN NARAHATÇILIĞI İLƏ RƏSMİ STATİSTİKA ÜST-ÜSTƏ DÜŞMÜR

Baxış sayı:
2731

Son 10 ildə Rusiyaya miqrasiya edən 20 min çinlidən yalnız min nəfərinə vətəndaşlıq verilib
 
Bəlli oldğu kimi, son illər Rusiyanın Sibir və Uzaq Şərq regionlarına Çindən miqrant axını davam etməkdədir. Buna səbəb həmin ərazilərdə çox az əhali yaşamasıdır.
Amma rusların əksəriyyəti düşünür ki, hökumət ölkədə çinli miqrantların sayının artmasına nəzarət etməlidir. Bu fikirdə olanlar belə hesab edir ki, çinli mühacirlər dalğası onlar üçün böyük təhdiddir. Bu səbəbdən də çinlilərin Rusiyaya uzun müddətə giriş-çıxışına məhdudiyyət qoyulması təklif olunur.
“Eurasianet” jurnalisti Alyona Lapteva isə deyir ki, bu qorxular  faktlarla əsaslandırılmır. Çinlilər Rusiyaya çox sayda turist kimi gəlsələr də, çoxu qısa müddətdən sonra ayrılır.
Məlumata görə, son on ildə yalnız 20 min çinli Rusiyaya miqrasiya edib ki, bunlardan da cəmi 1000 nəfəri Rusiya vətəndaşı olub(russian.eurasianet.org/насколько-велика- китайская-миграция-в-россию).
Bu statistik məlumatlar çinlilərin Rusiyaya axını, Uzaq Şərqdə və Sibirdə sənaye və kənd təsərrüfatını ələ keçirməsi ilə bağlı hiperbolik iddialara “soyuq su” səpir. Böyük diqqətlə toplanılmış  qaynaqları aşağıdakılardır:
- "Rusiyaya gələn hər onuncu əcnəbi Çin vətəndaşıdır"  və göstərici bu ilin ilk altı ayında 863 min nəfər təşkil etdi ki, bu da bir il əvvəlki dövrdən 30 faiz çoxdur.
Halbuki, çinlilərin yetmiş iki faizi 30 gündən az qalan turistlər olub. Qalan 71 300 nəfər işləməyə, 36 000 nəfər isə təhsil almağa gəlib. Bu rəqəmlər 2018-ci ilin birinci yarısına nisbətən 13.1 faiz və 18.4 faiz çoxdur.
2010-cu il Rusiya siyahıyaalmaları çinlilərin əhalinin 28 300 nəfərini, ümumilikdə təxminən 0,02 faizini təşkil etdiyini ortaya çıxarıb. Bu rəqəm 2002-ci ildə sayılan 34 600 nəfərdən xeyli aşağıdır.

Ümumiyyətlə, Rusiya Federasiyasına uzunmüddətli gələn Çin vətəndaşlarının sayı çox deyil. Miqrasiya artımı 2018-ci ildə cəmi 477 nəfər idi. 2017-ci ildə 637, 2015-ci ildə və 2016-da müvafiq olaraq 778 və 810 olub. 2008-ci ildən 2014-cü ilə qədər Rusiyada Çin vətəndaşlarının sayı 16 300, 2017 ilə 2019 arasında isə 4700-ə yüksəlib. 2017 ilə 2019-cu ilin ortalarında yalnız 196 çinli Rusiya vətəndaşlığını alıb.
2018-ci ilin fevral ayında çinlilərin sahibkarlıq formasında açdığı  təxminən 6 min müəssisə Rusiyada qeydiyyata alınıb. Lakin əksəriyyəti kiçik müəssisələr olub, gəliri 100.000 rubl (1600 ABŞ dolları) olanlar cəmi 1616 ədəd təşkil edib.

Son yeddi ildə Rusiya ali təhsil müəssisələrində oxuyan çinli  vətəndaşların sayı demək olar ki, iki dəfə artaraq 30 minə çatıb. Çinli tələbələr Avropa və ya Amerika universitetlərindən daha ucuz olduqları və rus dilini öyrənmək istədikləri üçün Rusiya  universitetlərini seçirlər.
 
Muxalifet.az