Çinli həkimdən SENSASİON AÇIQLAMA: Yeni korona dalğası gəlir

Baxış sayı:
1911

Çin yeni koronavirus dalğası ilə üzləşə bilər.

Muxalifet.az xəbər verir ki, bu barədə Çinin ekspert qrupunu üzvü, professor Li Lançzüyan deyib.

O bildirib ki, tibb işçiləri böyük şəhərlərdə yaşayan insanların xaricdən gələn həmvətənləri və əcnəbilərlə ünsiyyəti nəticəsində yarana biləcək yeni epidemiyadan ehtiyat edirlər.

O, Pekin, Şanxay, Şençjen və Hançjonu xüsusi risk qrupuna daxil edib.

“Bu vəziyyət bizdən yorulmadan çalışmağımızı və səylərimizi əsirgəməməyimizi tələb edir”, – o deyib. /Axar.az