Çinlə yeni böhran ərəfəsində: Nəhəng şirkətin rəhbəri həbs olundu

Baxış sayı:
5287

Çinli texnologiya şirkəti “Huawei”-nin sahibinin qızı və maliyyə işlər direktoru (CFO) Meng Wanzhounun Vaşinqtonun İran sanksiyalarını dəldiyi səbəbilə Kanadada həbs olunduğu bildirilib.
 
Kanadanın Ədliyyə Nazirliyindən verilən məlumata görə, “Huawei”-nin sahibi De Zhengfeinin qızı və şirkətin maliyyə direktoru Meng ABŞ-ın İrana qarşı sanksiyalarını dəlmək ittihamı ilə 1 dekabrda Vancuver şəhərində həbs olunub.
Açıqlamada, ABŞ rəhbərliyinin tələbinə görə həbs olunan Meng-in 7 dekabrda ilk məhkəmə iclasına çıxmasının planlaşdırıldığı bildirilib.
Meng-in ABŞ-a ekstradisiya edildiyi təqdirdə isə Nyu-York ştatının Şərq Bölgəsi məhkəməsində mühakimə olunacağı öyrənilib.
Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi Çinli ağıllı telefon istehsalçısı və telekommunikasiya nəhəngi “Huawei”-yə İrana qarşı sanksiyaları pozması səbəbilə aprel ayında istintaq açmışdı.
Müxalifət.az