Çinlə ticarət müharibəsi ABŞ-a baha başa gələcək

Baxış sayı:
5146

ABŞ prezidenti Donald Trampın Çinə qarşı başladığı ticarət müharibələri Amerikadakı istehlak qiymətlərini artıracaq.

Mərkəzi Londonda yerləşən IHS Markit adlı iqtisadi araşdırma şirkətinin Amerika şirkətləri ilə apardığı sorğu nəticəsində Tramp hakimiyyətinin əlavə gömrük verdilərinin Amerikadakı qiymətləri artıracağı və xaricə gedən istehsalçıları ölkəyə geri qaytarmayacağı nəticəsi əldə edilib.

CNBC şirkətinin verdiyi xəbərdə deyilir ki, 800 şirkətlə aparılan sorğunun nəticələrinə görə, hər on şirkətdən dördü artan istehsal xərcləri səbəbindən qiymətləri artıracaqlarını qeyd edib.

Trampın vergiləri artırmaq siyasətinin yaratdığı bahalaşma nəticəsində satışlar azaldığı üçün dünyanın ən böyük avtomobil istehsalçılarından olan “General Motors” 14 min nəfər işçini ixtisar edəcəyini bildirib. Avtomobil istehsalçıları idxal edilən poladın bahalaşmasına görə ağır günlər keçirirlər.

Hesablamalara görə, gömrük vergilərinin artması nəticəsində yaranan bahalaşma Amerikada adambaşına 915 dollara başa gələcək. ImpactECON firmasının son araşdırmasına görə, bahalaşmanın təsirinin maaşlara və qiymətlərə təsir eləməsi 2019-cu ildə ABŞ-da hər ailəyə orta hesabla 2 400 dollar əlavə yük gətirəcək.