​Çingizxanı təhqir etdi – Bir illik həbs cəzası aldı

Baxış sayı:
3781

Çinin Daxili Monqolustan Muxtar Rayonunun məhkəməsi 19 yaşlı oğlanı Çingizxanın portretini təhqir etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, məhkəmə Luo adlı şəxsin bu hərəkətində etnik nifrət və diskriminasiya olduğunu müəyyən edib.
Qeyd edək ki, Luonun Böyük Monqol İmperiyasının qurucusu Çingizxanın portretini tapdalaması videosu internetdə yayılandan sonra sosial şəbəkə istifadəçilərinin və ictimaiyyətin qınağına tuş gəlib. Polisə bu barədə şikayət daxil olandan sonra müvafiq araşdırma əsasında iş məhkəməyə göndərilib. Luo məhkəmədə üzrxahlıq etsə də, həbs cəzasından canını qurtara bilməyib.