Çingiz Abdullayev yaratdığı qəhramana Bakıda heykəl qoyulmasını istədi

Baxış sayı:
7951

"Yaxşı olardı ki, Bakıda Dronqoya heykəl qoyulsun".

Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bu təkliflə oxucuların suallarını cavablandıran Xalq yazıçısı Çingiz Abdullayev çıxış edib.

Onun sözlərinə görə, dünyanın iki şəhərində Dronqo adında restoran var: "Mən istərdim ki, Bakıda onun heykəli qoyulsun. Dünyada bu cür təcrübə var, Artur Konan Doylun qəhrəmanı Şerlok Holmsa da heykəl qoyulub".