Çingiz Abdullayev: ""Neftçi"də qapıçı olacaqdım, dedilər cavansan"

Tanınmış yazıçı Çingiz Abdullayev “Neftçi”ni idarə edəcək müşahidə şurasının sədri seçildikdən sonra eksklüziv olaraq ANS-ə danışıb.

O, təyinatina təəccüblə yanaşanlara cavab verib.

“Bilmirdim ki, necə olacaq və hansı vəzifəyə təyinat alacam. Bəziləri məni “Neftçi”də klubun prezidenti, bəziləri isə Müşahidə Şurasının sədri postunda görürdü. Amma bütün bunlara baxmayaraq başa düşürdüm ki, mən nə oyunçu, nə də qapçı olacam. Bəzi mətbuat orqanları isə yazır ki, Çingiz Abdullayev futbolçu deyil, futbolla necə məşğul olcaq? Görünür bunu yazanlar hesab edirdilər ki, mən futbolçularla birlikdə oynayacam, qapıda duracam. Düzdür qapıçı olmaq üçün namizədliyimi irəli sürmüşdüm, amma dedilər ki, çox cavansan”, - Çingiz Abdullayev bildirib.