Çingiz Abdullayev: "Bunda əlamət var-Heydər Əliyev Cavidi qaytardı, onun oğlu Müşfiqi torpağa tapşıracaq”

Baxış sayı:
523

"Şair Mikaila Müşfiqin qalıqlarlarının aşkar edilməsi haqqında informasiya məni silkələdi. Görünür, bunda hansısa əlamət və hansısa qanunauyğunluq var. Vaxtilə ümummilli lider Heydər Əliyev görkəmli yazıçı və ictimai xadim Hüseyn Cavidin külünü tapmağı və Azərbaycana qaytarmağı bacardı. Ola bilsin ki, indi, onun oğlunun vaxtında daha bir tarixi haqsızlığı bərpa etmək mümkün olacaq və başqa görkəmli şairin – Mikayıl Müşfiqin külü tapılacaq və necə lazımdırsa, torpağa tapşırılacaq”.

Bunu virtualaz.org-a eksklüziv açıqlamasında Stalin illərində cəzalandırılmış şair Mikayıl Muşfiqin qalıqlarlarını aşkar etmiş Rusiya milyarderi Fərhad Əhmədovun sensasiyalı bəyanatını şərh edərkən Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev deyib.

Ç.Abdullayevin sözlərinə görə, hökumət dərhal bu işin araşdırılmasına başlamalı və dövlət komissiyası yaratmalıdır: "Şübhə etmirəm ki, onun abidəsi qoyulacaq və xüsusi memorial yaradılacaq. Müşfiq bütün Azərbaycana göstərdi ki, necə yaşamaq olar və yaşamaq lazımdır! Hətta iyirmi doqquz yaşında dostlara və müəllimlərə necə xəyanət etməmək, doğru sözə sadiq, ədəbli insan olaraq qalmaq olar! İnqilaba qəlbən inanan şəxs kimi o, xəbərçi olmağı və öz dostlarından imtina etməyi bacarmadı! Allah rəhmət eləsin. Mən bu memoriala birinci pul köçürməyə hazıram! Xalq, hansı ki, öz keçmiş dahilərini xatırlamır və hörmət etmir, gələcəkdə belələrini yetişdirə bilməz!".