Çindən ŞOK qərar: Suriyaya ordu yeridir – Əsədlə anlaşma

Baxış sayı:
2461

Çin Bəşər Əsəd ordusunun Suriyanın İdlib bölgəsində keçirdiyi anti-terror əməliyyatlarına dəstək verəcək.
Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Çinin Suriyadakı səfiri Xi Xianjin açıqlama verib.
O, Çin ordusunun əməliyyatlarda iştirak etmək üçün hazırlıqlara başladığını da açıqlayıb.
Səfir İdlibdə uyğur cihadçıların olduğunu bildirərək, bu əməliyyatlarda iştirak etməyin Çinin milli maraqlarına uyğun olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Çinin Suriyada hərbi birləşmələri yoxdur. Rəsmi Pekin və Dəməşq arasında imzalanmış anti-terror əməliyyatlarda birgə sazişə uyğun olaraq, Çin yaxın həftələrdə Suriyaya ordu birləşmələri göndərəcək.