​Çindən ŞOK QƏRAR: İslam dinini dəyişdirir

Baxış sayı:
10402

Çin İslam dinini 5 il ərzində ölkəsinin qanun-qaydalarına uyğunlaşdırmaq üçün qərar qəbul edib.
Muxalifet.az türk mediasına istinadən xəbər verir ki, uyğur türklərinə müdaxilələri ilə müzakirə mövzusu olan Çin hökuməti İslam dinini çinliləşdirməyi nəzərdə tutan qanun layihəsini qəbul edib. Sözügedən qanun İslam dinini sosializm ilə uyğunlaşdırmağı nəzərdə tutur.
"Global Times” qəzetinə açıqlama verən çinli məmur sözügedən qərarın sadəcə İslam dininə aid olmadığını bildirib.
Çin mediasında yayılan xəbərlərə görə, iclasda qəbul edilən qərar İslam dinini çinliləşdirməyi və bu şəkildə ölkədəki dinləri nəzarət altında saxlamağı asanlaşdırmaq məqsədi güdür.
Qeyd edək ki, ölkənin bəzi bölgələrində namaz qılmaq, oruc tutmaq kimi İslami ibadətlər qadağandır. Hətta bu ibadətləri yerinə yetirənlər həbs olunur.