​Çindən olan smartfon brendləri Avropadakı rəqiblərini sıxışdırıb çıxardır

Baxış sayı:
10012

Canalys adlı tədqiqat şirkəti 2018-ci ildə Avropadakı smartfon bazarının vəziyyəti üzrə hesabatı təqdim edib. Analitiklər qeyd ediblər ki, Çindən olan brendlər Avropadakı mövqelərini gücləndirirlər və artıq bazarın 1/3 hissəsini idarə edirlər. Bunu sübut edən bir fakt da ondan ibarətdir ki, flaqman smartfonların satışları getdikcə aşağı düşür. Bu barədə GSMarena saytı xəbər verib. 2018-ci ildə Qərbi Avropa regionunda 128 milyon ədəd smartfon satışa çıxıb. Ümumilikdə Avropanı smartfon ilə təchiz etmə göstəricisi 1 il ərzində 4% aşağı düşüb. Qərbdə isə bu göstərici ümumiyyətlə 2013-cü ildən bəri ən aşağısını sərgiləyib.
Muxalifet.az Technote-a istinadən xəbər verir ki, analitiklərin fikrincə bunun əsas səbəbi flaqman smartfonların qiymələrinin artmasıdır. Smartfonların ən baha qiymətə satıldıqları İngiltərə, Almaniya və Şimali ölkələrdə smartfonlar maksimal dərəcədə aşağı tirajla satışa çıxıblar. Smartfonların daha aşağı qiymətə satıldıqları İspaniya və İtaliyada isə smartfonlar yüksək tirajla satışa çıxıblar. Əsasən 200-350$ qiymət göstəricili smartfonlar daha çox məşhurlaşıb. Avropa bazarında ən böyük smartfon istehsalçısı kimi hələ də Samsung şirkəti çıxış edir. Onun keçən il bu bazarda satışa çıxartdığı smartfon tirajları 1% aşağı düşüb. İkinci yerdə Apple şirkəti qərarlaşıb. Onun göstəriciləri isə 5.1% aşağı düşüb. Üçüncü yeri Huawei şirkəti, dördüncü yeri isə Xiaomi şirkəti tutub.
Bu iki şirkət il ərzində öz smartfon təchizatı göstəricilərini 55.7% (Huawei) və 62% (Xiaomi) yüksəldiblər. Əgər bu tendensiya olduğu kimi davam etsə, 2019-cu ildə Huawei smartfonları məşhurluqda Apple şirkətinin smartfonlarını geridə qoyacaqlar. 2013-cü ildən bəri Çindən olan brendlər Avropa bazarındakı mövqelərini 3 dəfə yüksəldiblər və yavaş-yavaş öz rəqiblərini bu bazarda sıxışdırırlar. ABŞ ilə Çin arasında olan ticarət müharibəsi səbəbilə Çindən olan brendlər üçün Avropa bazarına investisiya yatırmaq daha sərfəlidir. Bu səbəbdən Çindən olan brendlərin göstəricilərinin yüksəlməsi tendensiyası olduğu kimi qalmalıdır.