​Çindən Kanadaya sərt cavab gəldi: Diplomat saxlanıldı

Baxış sayı:
4216

Beynəlxalq Böhran Qrupunun Şimal-Şərqi Asiya üzrə keçmiş müşaviri, kanadalı diplomat Maykl Kovriqin Çində saxlanılmasının səbəbi bəlli olub.
Muxalifet.az xəbər verir ki, bu barədə "Beijinq Nyus" agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, kanadalı diplomat Çinin milli təhlükəsizliyinə təhlükə yaratdığı üçün nəzarət altına alınıb.
Qeyd edək ki, bir müddət öncə də “Huavey”in maliyyə məsələləri üzrə direktoru və şirkətin təsisçisi Jen Cenfeyin qızı Menq Vanzhou dekabrın 1-də ABŞ-ın istəyi ilə Kanadada saxlanılıb. Çin tərəfi buna etirazını bildirib.