Çindən Afrikaya 60 milyard dollarlıq DƏSTƏK - TƏLƏ OLDUĞUNU İDDİA EDƏNLƏR DƏ VAR

Baxış sayı:
7282

 2018-ci il Çin-Afrika Əməkdaşlıq Forumunda çıxış edən Çin prezidenti Si Szinpin Afrikaya 60 milyard dollarlıq maliyyə dəstəyi verəcəklərini bildirib. Prezident deyib: “Çin Afrikaya investisiya üçün heç bir şərt irəli sürmür və daxili işlərinə müdaxilə eləmir”.

Qeyd edək ki, ötən aylarda Çin qoyduğu investisiyalarla Afrikanı borc tələsinə salmaqda ittiham edilmişdi.

Çin-Afrika Əməkdaşlığı Forumu (FOCAC) 2000-ci ildə qurulub, təşkilatın ilk dəfə 2006-cı ildə Pekində, 2015-ci dəfə Johannesburqda olmaqla, iki dəfə sammiti keçirilib. Bu il Çinin paytaxtı Pekin şəhərində keçirilən üçüncü sammitdə 50-dən artıq Afrika ölkəsi ilə yanaşı, BMT və Afrika İttifaqı kimi beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir(Hurriyyet.org).