Çindən ABŞ-a XƏBƏRDARLIQ: “Səhvlərini qısa müddət ərzində düzəltməsə...”

Baxış sayı:
3400

Rusiya ilə hərbi əməkdaşlıq quran Çinə qarşı ABŞ yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Çinin xarici işlər nazirliyi ABŞ-a xəbərdarlıq edib. Nazirlikdən verilən açıqlamada bildirilir ki, əgər sanksiyalar ləğv edilməsə, rəsmi Vaşinqton bunun nəticələrinə hazır olmalıdır.
Çinin xarici işlər nazirliyinin mətbuat katibi Genq Şuanq mətbuat kofnransında ABŞ-ı Pekinə qarşı tətbiq edilən yeni sanksiyaları dərhal ləğv etmək barədə xəbərdar edib.
Şuanq deyib ki, Çin ABŞ-ın məntiqsiz hərəkətlərinə artıq qəzəblənib: “ABŞ-ı səhvlərini qısa müddət ərzində düzəltmək, sanksiyaları ləğv etmək məsələsində xəbərdar edirik. Əks təqdirdə ABŞ bunun nəticələrinə boyun əyəcək”.
Məsələ ilə bağlı ABŞ-a nota göndərilib./ölke.az/