​Çindən ABŞ və Kanadaya: Onu dərhal azad edin!

Baxış sayı:
6697

ABŞ və Kanada hökumətləri “Huavey” texnologiya şirkətinin sahibi Ren Zenqfeyin qızı Menq Vanzhounun həbs edilməsi səbəbini izah etməli və onu dərhal sərbəst buraxmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qınq Şuanq deyib.
Qeyd edək ki, “Huavey”in sahibinin qızı və həm də şirkətin maliyyə direktoru Vanzhou Vaşinqtonun tələbi əsasında ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları yarmaq ittihamı ilə Kanadanın Vankuver şəhərində həbs olunub.