​Çindən ABŞ-a qarşı daha bir addım: İLK BAZA...

Baxış sayı:
2776

Çin Sakit okeanın Vanuatu ada dövləti ərazisində hərbi baza yaratmağı planlaşdırır.
Muxalifət.az xəbər verir ki, bu barədə “Sidney Morning Herald” informasiya yayıb.
Məlumata görə, məsələ ilə bağlı iki ölkə rəsmiləri arasında diplomatik təmaslara başlanılıb. Çin hələlik rəsmi təklif etməsə də, Avstraliya yaxınlığında hərbi baza yaratmaq niyyəti artıq Kanberra və Vaşinqtonda müzakirə mövzusuna çevrilib.
Nəşrin məlumatına görə, Avstraliya sahillərinə 2 min kilometrdən daha az məsafədə hərbi bazanın yaradılması strateji güc balansını Çinin xeyrinə dəyişəcək və Pekin və Vaşinqton arasındakı qarşıdurmanı gücləndirəcək.
Qeyd edək ki, sözügedən baza Çinin Sakit okeandakı ilk hərbi bazası olacaq.