Çindən ABŞ-a BƏYANAT: "Soyuq müharibə Pompeonun ürəyində hələ də gedir"

Baxış sayı:
372

“ABŞ dövlət katibi Mayk Pompeo hələ də soyuq müharibə ideologiyası ilə hərəkət edir, bu da Pekin və Vaşinqton münasibətlərinə zərbə vurur”, deyə Çin XİN rəsmisi Qen Şuan bəyan edib.
Muxalifet.az bu barədə "vzqlyad.ru"-ya istinadla xəbər verir.
“Onun iradları ideoloji xurafatlar və Çin və ölkədəki vəziyyət haqda məlumatsızlıqla zəngindir. Onun yaydığı şayiələr heç bir tənqidə davam gətimir və faktların qaşısında yoxa çıxır. Soyuq müharibədən artıq 30 il keçib, amma mən narahatam ki, o hələ də Pompeonun ürəyində davam edir”, TASS sitat gətirir. Şuan ümidvar olduğunu bildirib ki, Pompeo soyuq müharibə mentalietindən imtina edəcək, Çin-ABŞ münasibətlərini yenidən gözdən keçirəcək, “ Çin əleyhinə əhval-ruhiyyəni qabartmayacaq və ikitərəfli münasibətlərə ziyan yox, fayda verəcək işlər görəcək”.  
Muxalifet.az