Çindən ABŞ-ın bütün sirlərini oğurlayacaq “kiçik casus çiplər”

Baxış sayı:
9469

Çində istehsal olunan kompyuter avadanlıqlarına ABŞ-ın texnologiya sirlərini oğurlamaq üçün "kiçik casus çiplər" əlavə olunduğu iddia edilib.
 
“The Bloomberg News”-un xəbərinə görə, düyü böyüklüyündəki çiplərin yerləşdirildiyi kompüterlərin, Amazon və Apple başda olmaqla, ABŞ firmalarında və dövlət qurumlarında istifadə edildiyi qeyd olunub.
Xəbərə görə, hələ də davam edən 3 illik gizli bir tədqiqatda Çinlilərin, kompüter avadanlıqlarına proqramdan daha təsirli və müəyyən edilməsi çətin olan "gizli bir giriş qapısı" yaratmağa nail olduqları bildirilib.
 
MKİ ÜÇÜN DETALLAR İSTEHSAL OLUNUB
 
Adını vermək istəməyən bir Amerikalı səlahiyyətli, Çin Xalq Qurtuluş Ordusuna aid bir qurumun, ABŞ mərkəzli Super Micro Computer Inc. üçün Çində istehsal olunan avadanlıqlara casus çipləri yerləşdirməyə daxil olduğunu söyləyib.
Super Micro çiplərin Müdafiə Nazirliyinin informasiya mərkəzləri, MKİ-nin insansız hava vasitəsi əməliyyatları və donanma döyüş gəmilərinin oturaq şəbəkələri üçün hissələr istehsal etdiyi açıqlanıb.
Amazon-un, cd şirkəti Elemental-ı satın alması ilə problemin ifşa edildiyi bildirilib. Şirkətin, Kaliforniya mərkəzli Super Micro tərəfindən təmin olunan avadanlıqları təhlükəsizlik yoxlamasından keçirməyə başladığı da qeyd edilib.
 
APPLE VƏ AMAZONDAN AÇIQLAMA
 
Casus mini çiplərin, Apple, Amazon-un veb xidmətləri və analoji şirkətlər tərəfindən işlənilən informasiya mərkəzlərində istifadə edilən kompüter anakartları üçün nəzərdə tutduğu qeyd edilib.
Xəbərdən sonra Apple və Amazon, heç bir zaman avadanlıqlara yerləşdirilmiş "pis məqsədli çip-lərə" rast gəlmədiklərini bildirib. Super Micro da casusluq hadisəsi haqqında məlumatı olmadığını açıqlayıb.
Müxalifət.az