Cinderesinin böyük bir hissəsi ƏLƏ KEÇİRİLDİ

Baxış sayı:
5500

Dünən etibarilə Cinderesinə girən Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu, regionun qərb və cənub hissəsini ələ keçirib.
 
“Zeytun Budağı” Hərəkatı terror təşkilatı PKK/PYD-yə ağır zərbə endirən Türk əsgəri və ASO, Afrin şəhər mərkəzindən əvvəlki ən mühüm mövqe olan Cinderesinin, qərbi və cənubu olmaqla, böyük bir hissəsi terrorçulardan təmizlənib.
Etibarlı mənbələrə görə, Cinderesi mərkəzinin alınması üçün bu gün səhər saatlarında başlayan 2-ci mərhələ ilə yanaşı, Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinə hakim olan istehkam mövqelərini nəzarət altına alıb.
Cinderesində davam edən məhəllə döyüşlərinə, topçu birlikləri, vertolyotlar və Türk döyüş təyyarələri də dəstək verir. Afrin rayon mərkəzinə təxminən 7 kilometrə qədər yaxınlaşan TSQ və ASO qoşunlarının son irəliləyişi ilə Afrin rayon mərkəzinin faktiki mühasirəsi də başlamış oldu.
Müxalifət.az