Çində robotlaşdırılmış restoran açıldı

Baxış sayı:
565

Çində bütün işləri robotlar görən ilk restoran açıldı.
Foodom adlı qeyri-adi iaşə obyekti Quanjou şəhərində yerləşir və Country Garden Holdings Co. Ltd-nin təşəbbüsüdür. Restorana gələn müştəriləri robotlar qarşılayır. Məhz elə onlar sifarişləri qəbul edir və yeməkləri hazırlayır.
Məlumata əsasən, mətbəxdə 32 robot-aşpaz fəaliyyət göstərir.
Xüsusi alqoritlərin sayəsində robotlar lazım olan məhsulları, onların çəkisini və yeməyin hazırlanması üçün tələb olunan zamanı müəyyən edə bilirlər.
Muxalifet.az