ÇİNDƏ QORXULAN OLDU: Sağalan xəstədə yenidən koronavirus aşkar olundu

Baxış sayı:
3869

Çinin Siçuan əyalətinin paytaxtı Çenqdu şəhərində müalicəsi başa çatan bir xəstədə yeni növ koronavirus (Kovid-19) görülür. Oxşar halların digər bölgələrdə də qeydə alındığı bildirildi.
Muxalifet.az
bu barədə "Hurriyet"ə istinadla bildirir.
Çenqdu şəhərinin səhiyyə bölməsindən edilən açıqlamada, evdə karantini davam edən xəstənin testlərinin yenidən müsbət çıxdığı bildirildi.
Açıqlamada xəstənin təkrar müalicə edildiyi vurğulanarkən, bənzər halların digər bölgələrdə ortaya çıxdığı qeyd edildi.
Çin Milli Səhiyyə Komissiyası, müalicəsi başa çatan xəstələrin 14 gün ərzində karantində saxlanılmasını, maskalar geyinmələrini və açıq havada iştirak etməmələrini tövsiyə etdi.
Müalicəsi başa çatanlar hələ də virus daşıyır.
“South China Morning Post” qəzeti xəbər verir ki, Hubeydə Kovid-19 epidemiyası ilə mübarizə aparan səhiyyə qrupunun rəhbəri Cao Cianping, müalicəsini başa çatdıran xəstələrin virus daşıyıcısı ola biləcəyini söylədi.
Cao, Çin və Kanadada müalicəsi bitənlərdən testlərinin pozitiv çıxanlar olduğunu vurğulayaraq, "Rahat olmamalıyıq. Saylar yenidən arta bilər " dedi.
Bu cür halların çox təhlükəli olduğuna işarə edən Cao, "Bu xəstələri hara qoyacaqsınız. Evlərinə göndərə bilməzsiniz, başqaları da yoluxa bilər. Ancaq inkanlar məhdud olduğuna görə xəstəxanaya da yerləşdirə bilməzsiniz " ifadələrini işlətdi.
Çinin Hubey əyalətindəki Vuhan şəhərində meydana gələn "Kovid-19" epidemiyasında dünyada 2.238 nəfər də daxil olmaqla ümumilikdə 2477 nəfər ölüb, virusa yoluxanların sayı 76 min 700 nəfəri keçib.
Muxalifet.az