​Çində onlayn-məhkəmə fəaliyyətə başladı - DÜNYADA İLK

Çinin Xancou şəhərində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb.
Publika.az xəbər verir ki, məhkəmə onlayn alış-veriş sahəsində olan fırıldaqçılıq məsələlərinə, həmçinin onlayn bağlanmış borc müqavilələrinə və müəllif hüquqlarının pozulma işlərinə baxacaq. Dinləmələr və hökmün elan edilməsi videoyayım ilə onlayn yayımlanacaq.