​Çində mədəndə partlayış - 4 ölü, 9 itkin

Baxış sayı:
4579

Çiinin Quyçjou əyalətindəki kömür mədənlərindən birində partlayış baş verib.
Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, yerli hakimiyyətin məlumatına görə, 4 nəfər həlak olub, daha 9-u itkin hesab edilir.
Hadisə bazar ertəsi, yerli vaxtla saat 21:00-da Pançjou şəhərində yerləşən "Szımutszya" mədənində naməlum səbəbdən qaz və kömür tullantılarının partlaması nəticəsində qeydə alınıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir, araşdırma başlanılıb.