Çində koronavirusdan sutkada 100 nəfər ölür - 6 MİN ADAMIN VƏZİYYƏTİ AĞIRDIR, ARTIQ MİN NƏFƏR ÖLÜB

Baxış sayı:
1321

Çində ötən sutka ərzində koronavirusa yoluxanların sayı daha bir neçə min nəfər artaraq 37 mini keçib.

Bu rəqəmi Çinin Səhiyyə və Gigeyena məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb. Virusun səbəb olduğu pnevmaniyadan ölənlərin sayı isə 811 nəfər çatıb və sürətlə 1000-ə yaxınlaşır. Hər sutka orta hesabla 100 nəfərin virusdan öldüyü bildirilir. Hazırda xəstəxanalarda olan 6200-ə yaxın xəstənin isə vəziyyəti ağırdır.

Çin hakimiyyətinin epidemiyanın qarşısını almaq üçün gördüyü sərt tədbirlərə baxmayaraq virus sürətlə yayılır.