Çində koronavirusdan 1113 nəfər öldü, 50 min nəfər isə...

Baxış sayı:
1563

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların və ölənlərin sayı artıb.

Xarici KİV-lər xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, yeni penvmaniyaya yoluxanların ümumi sayı artaraq 42 min 600 nəfərə çatıb. 1113 nəfər isə ölüb. Xəstələrdən 8204-nün vəziyyəti ağırdır

Virusa yoluxanlardan 4 min 740 nəfəri sağalaraq xəstəxsanalardan evə buraxılıb.