​Çində insanları dərhal tanıya bilən süni intellekt hazırlandı

Baxış sayı:
415

Çinin süni intellekt sahəsində liderlik edən “Yitu Technology” şirkəti milyonlarla videonəzarət kamerasına qoşularaq insanları dərhal tanıya bilən süni intellekt alqoritmi hazırlayıb. “Dragonfly Eye” adlandırılan sistem Muxalifet.az xəbər verir ki, “Dragonfly Eye” ilk iş günündə polis tərəfindən axtarılan insanı izləyərək onun dəqiq yerini hüquq mühafizə orqanlarının əməkdaşlarına göndərib. Daha 567 cinayətkar da şəhər metrosunda sistem tərəfindən aşkar edilib.
“Əhalisi 24 milyon olan Şanxay şəhərində bu qədər insanı izləmək mümkün deyil. Hətta çoxlu kameralar olduğu halda, bütün videoçarxlara baxmaq çətindir. Lakin süni intellekt insanları asanlıqla tanıya bilir”, – deyə şirkətin həmtəsisçisi və icraçı direktoru Çju Lonq bildirib.
Onun sözlərinə görə, yeni alqoritm iki fərqli təsvirdə əks olunan şəxslərin eyni insan olub-olmadığını müəyyənləşdirməkdə gömrük mütəxəssislərindən daha dəqiqdir. Sistem obyekti milyonlarla insanın arasında hətta 25 və ya 30 il əvvəlki fotoşəkildən istifadə edərək tapa bilər.