Çində “Hanun” tayfunu - 400 mindən çox adam təxliyə edildi

Çinin beş əyalətində “Hanun” tayfunu ilə əlaqədar 400 mindən çox adam təxliyə edilib.
Trend-in məlumatına görə, bu il Çində sayca 20-ci tayfun olan “Hanun” ölkənin 145 yaşayış məntəqəsində 970 mindən çox insana təsir göstərib.
1000-ə yaxın adamın yardıma ehtiyacı olduğu qeyd olunur. 500-dən çox ev tamamilə dağılıb və ya zərər görüb.
Tayfunun Çin iqtisadiyyatına vurduğu ziyan 85 milyon dollar həcmində ölçülür.