Çində binada avadanlıq uçdu: Ölənlər var
5-01-2019 20:37
Baxış sayı:
6460
Çinin Fucien vilayətində tikintisi davam edən binada bambuk ağacından quraşdırılmış texnoloji avadanlığın uçması nəticəsində 5 fəhlə ölüb, digər 5 nəfər isə xəsarət alıb. Muxalifet.az xəbər verir ki, hadisə yanvarın 5-də yerli vaxtla səhər 11:00 radələrində Putien bələdiyyəsinin Kışen şəhərində baş verib. Dörd nəfər hadisə yerində, digəri isə xəstəxanada ölüb. Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.