​Cinayətkarlar polis helikopterini vurdu

Meksikanın Miçoakan ştatında polis əməliyyatı zamanı cinayətkarlar helikopteri vurub, nəticədə dörd nəfər ölüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Silvano Aureolesa bildirib.   
Onun sözlərinə görə, helikopter kriminal qruplaşmaların liderlərinin saxlanılması üzrə əməliyyatda iştirak edib. İnsident nəticəsində 3 polis əməkdaşı və 1 pilot həlak olub.
İnsidentin digər təfərrüatları açıqlanmır.