Cinayətkarlar gecə yaxalandı: Biri rus, digəri erməni çıxdı

Baxış sayı:
4612

İstanbulda iki gün əvvəl maskalı və silahlı girdikləri valyuta məntəqəsindən 300 min lirə dəyərində xarici valyuta və zinət əşyası oğurlayan 4 soyğunçudan əcnəbi əsilli 2 nəfər, Bursanın Gemlik rayonunda saxlanılıb. Təhlükəsizlik kamerasına da əks olunan qarətdə maskalı 4 soyğunçudan 2-si içəri girərkən, 2 nəfər isə küçədə təhlükəsizlik önləmi alıb. Təxminən 1 dəqiqə içərisində reallaşdırılan qarətdə 300 min lirə dəyərində xarici valyuta və zinət əşyası oğurlayan soyğunçulardan biri havaya atəş açdıqdan sonra avtomobillə hadisə yerindən qaçıblar. Hadisədən sonra hərəkətə keçən polislər şübhəlilərin 2-sinin Rus vətəndaşı Khalik B. ilə Ermənistan vətəndaşı Gevorq A. olduğunu və Bursaya qaçdıqlarını müəyyənləşdirib. Bundan sonra Bursa Polis İdarəsi ilə əlaqə saxlanılıb. Gemlik rayon Polisi ilə birgə iş aparan xüsusi təyinatlı komandolar şübhəlilərin Gemlik-də bir mehmanxanada qaldıqlarını müəyyənləşdirib. Yeri təqibə alan polis, cinayətkarların mehmanxanadan çıxmalarından sonra əməliyyat keçirib. İki şübhəli bir çayxanada oturarkən yaxalanıb. Nəzarətə alınan şübhəlilərin qaldıqları otel otağında 37 600 TL, 4561 ABŞ dolları, 7630 avro, 10 min Səudiyyə riyalı, 1700 Qətər riyalı, 500 Danimarka kronu, 50 min İraq dinarı, 2 min dirhəm, 200 manat və bir çox həyati material ələ keçirilib. Müxalifət.az