​Cinayətkardan Maduroya sui-qəsdlə bağlı - Etiraf

Baxış sayı:
1687

Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd yarım ildir hazırlanırdı.
Muxalifet.az xəbər verir ki, bu haqda ölkənin Rabitə və informasiyalar naziri Rodriges Xorxe bildirib.
“Prezident Maduronun təhlükəsizlik xidməti tərəfindən sürətli reaksiyası yalnız onun təxliyyəsini təmin etmədi, həm də cinayət başında bir neçə icraçını sürətli şəkildə tutmağa imkan verdi. İndi onlar bu əməliyyatın bütün detallarını danışırlar. Sui-qəsd ən azı altı ay hazırlanırdı”, - Rodriqes deyib.
Qeyd edək ki, bu gün Venesuela Prezidenti Nikolas Maduroya qarşı sui-qəsd cəhdi olub. Hadisə hərbi parad zamanı partlayış baş verib.
Prezident hücumda Venesuela və Kolumbiyanın sağ güclərini ittiham edib, sui-qəsdin təşkilatçılarından bir çoxunun isə ABŞ-da, Florida ştatında yaşadığını bildirib.
Kolumbiyanın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək hadisədə Boqotanın iştirakını inkar edib. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton sui-qəsddə ABŞ hökumətinin heç bir iştirakının olmadığını deyib.