"Cinayətkar tamaşanı dayandırın!..."- Tanınmış erməni ictimai xadimi Paşinyana müraciət etdi

Baxış sayı:
1110

“Gülünc müttəfiq axtarışından əl çəkin! Biabırçı sədəqə ümidini dayandırın!”

Ermənistanın tanınmış kino və teatr xadimi Georgi Vanyan ölkəsinin başnaziri Nikol Paşinyana açıq məktubla müraciət edərək, müharibəni dayandırıb Azərbaycanla razılaşmağa çağırıb. 

"AzPolitika.info" xəbər verir ki, sosial şəbəkələrdə yayılan məktubda deyilir: "Ermənistan öz vətəndaşlarına qarşı belə cinayət həddini çoxdan keçib. Cinayətkarcasına qələbə çalmaq tamaşasını dayandırın: qonşu üzərində qələbə çalmazlar... Qonşu ilə danışarlar, danışarlar, danışarlar... Ta o vaxta qədər ki, eyni dildə danışmaq bacarığı yaranar, qarşılıqlı anlaşma olar.

Qonşuların bir-birini məhv etmək cəhdi tərəflərin özlərini məhv etməsinə aparan yoldur.

Unudun, “strateji müttəfiqin” xilaskar gücü barədə cinayətkarcasına yalandan imtina edin.

Gülünc müttəfiq axtarışından əl çəkin! Soyqırımın tanınması üçün beynəlxalq ictimaiyyətdən biabırçı sədəqə ümidini dayandırın!

Cinayətkarcasına olan millətçi tabuları aradan qaldırın!

Son 30 ildə, xüsusən də bu gün bizim bir müttəfiqimiz ola bilərdi – bu da qonşu Azərbaycandır. Deyin, qorxmadan həmkarınızın üzünə baxın".