Cinayətkar polislə razılaşdı: “Şəklimə 15 min “like” gəlsə, təslim olacam” - FOTO

Baxış sayı:
160

ABŞ-da qeyri-adi olay yaşanıb.

Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, polis ictimai asayişi pozmaqdan tutmuş, uşaq yaralamağa qədər bir çox maddəylə axtarışda olan şəxsin fotosunu sosial şəbəkə vasitəsiylə paylaşıb.

Fotosunun paylaşıldığını və axtarışda olduğunu görən 29 yaşlı Jose Sims polislə əlaqə saxlayaraq maraqlı təklif edib.

Sims sosial şəbəkədəki fotosuna 15 min “like” gələcəyi təqdirdə təslim olacağını qeyd edib. Polis onun bu təklifiylə razılaşıb.

Qeyd edək ki, buna baxmayaraq, polis onun axtarışlarına da davam edir.