Çin Tacikistanda gizli HƏRBİ BAZA qurub - Hədəfdə ABŞ-dır...

Baxış sayı:
6064

Cənub-şərqi Asiyanın damı sayılan Vakhan dəhlizində iki super güc - Çin və ABŞ qarşı-qarşıya gəlib. Vaşinqton Pekin rəhbərliyinin bütün Avrasiyanı ehtiva edən “Bir Nəsil, Bir Yol” layihəsini əngəlləmək məqsədilə tətbiq etdiyi strategiya çərçivəsində İraq və Suriyadakı İŞİD təşkilatını Əfqanıstanın içinə və Fərqanə Vadisinə köçürməyə başladı. Pekin rəhbərliyinin də bu addıma cavab olaraq strateji Vakhan dəhlizinə nəzarət edən, Çin sərhədinə bir neçə kilometr məsafədəki Tacikistanın dağlıq Bedahşan bölgəsində gizli hərbi baza yaratdığı ortaya çıxıb.

Bölgə xalqına görə, bazada yüzlərlə Çin hərbçisi xidmət edir. Amerikanın “Vaşinqton Post” qəzeti Çinin bu bazasının ən az üç ildir bölgədə fəaliyyət göstərdiyini bildirib.
 
Cibuti və Cənubi Çin dənizindən sonra Çinin ölkə xaricində üçüncü bazası qəbul edilən hərbi obyekt Tacikistan, Əfqanıstan və Çin sərhədlərinin kəsişmə nöqtəsində yerləşir. Çinin Qərb sərhədinə qonşu olan Tacikistan ərazisində üç ildir yerləşən hərbi bazasının varlığı, peyk görüntüləri, fotolar, şahidlərlə aparılan danışıqlar və “Vaşinqton Post”-un birinci əldən müşahidələri nəticəsində təsdiq edilib. Əfqanıstan ərazisindəki strateji Vakhan Dəhlizinə bir sıçrayış nöqtəsi xarakteri də daşıyan bazada bir-birinə yaxın məsafədə inşa edilmiş binalar və müşahidə qüllələri müşahidə edilir.


 
ƏSGƏRLƏR SİNCAN UYĞUR BÖLGƏSİNDƏN
 
Bəziləri Çin və Tacikistan dövlət rəmzlərini daşıyan binaların böyük bir gizlilik içində tutulması diqqət çəkir. Peyk təsvirlərində naməlum iki qrup bina, hərbi kazarmalar, təlim sahələri diqqət çəkir. Bazadakı çinli əsgərlərin Çinin Sincan-Uyğur Muxtar Bölgəsində xidmət edən hərbi birliklərin emblemlərini daşıması diqqət çəkir. Əsgərlərin bazaya yaxın Murgab şəhərində mübadilə etdiyi də bildirilir.
 
ƏFQANISTANDA ƏMƏLİYYAT
 
Soyadı Ma olan bir çinli əsgər “Vaşinqton Post” müxbirinə üç dörd ildir ki, stansiyanın həmin nöqtədə fəaliyyətdə olduğunu bildirib. Müxbirin, Vahan Dəhlizindən keçidlərə müdaxilə olub-olmadığına yönəlik sualına, çinli əsgər, məxfilik qaydalarını xatırladaraq "bir çox dəfə" cavabını verməsi diqqət çəkib.

Müxalifət.az