​Çin Şimali Koreyaya UÇUŞLARI DAYANDIRDI

Çinin aparıcı hava yolu şirkəti olan Air China (Eyr Çayna) müvəqqəti olaraq Pxenyana uçuşlarını dayandırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə “Sina” informasiya portalı məlumat yayıb. Belə qərar kommersiya fəaliyyətinin həyata keçirilməsi baxımından çətin vəziyyətlə əlaqədar qəbul edilib.
"Bu istiqamətdə olan uçuşlar gələcəkdə bazardakı vəziyyətə görə bərpa ediləcək", – şirkətdən bildirilib
Qeyd edək ki, “Eyr Çayna” Şimali Koreya Demokratik Respublikasına uçuşlar həyata keçirən yeganə Çin şirkətidir. Pxenyana uçuş həftədə bir neçə dəfə həyata keçirilirdi.