​ÇİN MÜBAHİSƏLİ ADALARA RAKETLƏRİNİ YERLƏŞDİRDİ

Baxış sayı:
3289

Çin Spratli arxipelaqının üç adasında yer-gəmi və yer-hava tipli raketlər yerləşdirib.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı CNBC televiziyası yayıb. Televiziya raketlərin 1 ay əvvəl bu adalarda yerləşdirildiyini bildirib.
Qeyd edək ki, Spratli arxipelaqı bir neçə il əvvəl Çin tərəfindən zəbt edilib. Çin burada özünün hərbi dəstələrini yerləşdirib. Hazırda bu əraziyə Çinlə bərabər Vyetnam, Tayvan, Malaziya, Filippin kimi ölkələr iddia edir.