​Çin liderindən “DÖYÜŞƏ VƏ ÖLÜMƏ HAZIR OLUN!” əmri

Baxış sayı:
1027

Muxalifət.az xəbər verir ki, Çin dövlətinin başçısı Si Szinpin minlərlə əsgərə xitab edərək, “döyüşə və ölümə hazır olun” göstərişi verib. Sinin ölkənin qurulmasından bəri hərbi təlimlə bağlı təlimatları aşkar şəkildə bəyan edən ilk Mərkəzi Hərbi Komissiya rəhbəri olması diqqəti cəlb edib.
Çinin qurucusu Mao Tsezdundan bəri ən güclü lideri hesab edilən Si Szinpin ağır silahla təmin edilmiş 7 min nəfər hərbçiyə xitab edərək Çin Kommunist Psrtiyasının əmrlərini yerinə yetirib, ölkənin hərbi qüvvəsini nümayiş etdirərkən nə çətinliklərdən, nə də ölümdən qorxmamalı olduqlarını söyləyib.
Çini dünyanın bir nömrəli qüvvəsinə çevirmək üçün bir sıra layihələri həyata keçirən Si, qarşısına 2050-ci ilə qədər Çini dünyanın ən güclü ordusunun sahibinə çevirmək məqsədi qoyub.
Çin Kommunist Partiyasının rəsmi orqanı olan “Xalqın gündəliyi” qəzeti həmin çıxışla bağlı məqalədə yazıb: “Si Szinpin təlimatlarını bəyan edərkən, göy gurultusu kimi şiddətli və bitmək bilməyən bir alqış qopdu”.
Xəbərdə bildirilir ki, ölkə miqyasındakı 4 min ədəd hərbi bazada hərbçilər ali baş komandan Sinin çıxışını dinləmək üçün toplaşıblar. Hərbçilər Xalq Qurtuluş Ordusuun qırmızı bayrağına sarı dönərək ali baş komandan Sinin əmrlərinə tam itaət edəcəklərinə and içiblər.
 
Dönüş nöqtəsi
 
ÇKP-nin ingilis dilində nəşr edilən “Qlobal Tayms” qəzeti yazıb: “Çin və Honkonqda həyata keçirilən bir sıra yüksək səviyyəli hərbi paradlar içərisində Sinin hərbçilərə xitabının bir dönüş nöqtəsi təşkil eləyir”.
 
Strateji vəzifə: müharibəyə hazırlıq
 
Qəzetə müsahibə verən təqaüddə olan general Şu Quanqyu deyib: “Dövlətin qurulmasından bəri, ilk dəfə hərbi təlimlə bağlı təlimatlar birbaşa ali baş komandan tərəfindən bəyan edilib. Bu, müharibəyə hazırlıq səviyyəsinin yüksəldilməsinin artıq Çin ordusu üçün strateji vəzifə olduğunu göstərir”.
 
Kimin düyməsi daha böyükdür
 
Sinin hərbi nümayişi, Şimali Koreya ilə Abş arasında nüvə müharibəsi küləklərinin əsdiyi bir dövrə təsadüf edir
Son dəfə Şimali Koreya lideri Kim Çen Inın Yeni il mesajındakı “nüvə düyməsi masamdadır” çıxışının cavabında ABŞ prezidenti Kim Çen Inı “aclıq çəkən rejimin başçısı” adlandıraraq demişdi: “Mənim də nüvə düyməm var, lakin onun düyməsindən daha güclüdür və işləyir!”./Hurriyyet.org/