Çin kosmik stansiyası sürətlə Yerə yaxınlaşır - TOQQUŞMA

Çin kosmik stansiyası sürətlə Yerə yaxınlaşır.
Bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb. Məlumata görə, 2016-cı ilin əvvəlində Çin Kosmik Agentliyi kosmik obyektə nəzarəti itirib. 8,5 ton ağırlığında olan bu modulun bir neçə ay ərzində Yerə düşəcəyi proqnozlaşdırılır. Ekspertlərin fikrincə, bu kosmik obyekt Yerlə toqquşduğu zaman müəyyən fəsadlara səbəb ola bilər.
Çin Kosmik Agentliyi isə hələlik situasiyanı diqqətlə izlədiyini və obyektin Yerə düşəcəyi zaman hər kəsi xəbərdar edəcəyini bildirib.