Çin koronavirusun dərmanını tapdı - QISA MÜDDƏTƏ SAĞALDIR

Baxış sayı:
1629

Çində yeni tip koronavirus (Kovid-19) pandemiyasının dərmanı tapılıb.
 
“Favipiravir” adlı virusəleyhinə preparat Kovid-19 virusuna qarşı kliniki effektlilik göstərib.
 
Bu barədə açıqlamanı Çinin Milli Biotexnologiya İnkişaf Mərkəzinin prezidenti Çjan Sinmin verib. Çjan Sinmin deyib: “Favipiravir” adlı dərman Yaponiyada 2014-cü ildən tətbiq olunur. Klinik sınaqlarda heç bir əks-təsir göstərməyib. Dərman xəstəliyin yüngül formasına tutulan insanı 4 günə müalicə edir”./Hurriyyet.org