Çin ilə ABŞ arasında yeni böhran: ABŞ-ın raket daşıyıcı gəmisi..

Baxış sayı:
5737

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying tərəfindən edilən açıqlamada, ABŞ-a məxsus gəmilərin Çinin icazəsi olmadan Cənubi Çin dənizinə daxil olduğu ifadə edilib. Nazirlik sözçüsü Chunying, ABŞ-ın bu hərəkətinin Çin tərəfindən qəzəb ilə qarşılandığını bildirib.
 
ABŞ Donanmasına aid iki döyüş gəmisinin Çin və sahil qonşusu ölkələr arasında suverenlik münaqişələrinə səbəb olan Cənubi Çin dənizinə daxil olduğu bildirilib.
CNN-də yer alan xəbərdə, ABŞ-a məxsus USS Spruance və USS Preble adlı idarə olunan raket daşıyıcı gəmilərinin beynəlxalq ictimaiyyətdə Spratly kimi tanınan yarımadanın yaxınlığında seyr etdiyi qeyd edilib.
ABŞ-ın 7-ci Donanmasının sözçüsü Clay Doss etdiyi açıqlamada, gəmilərin beynəlxalq qanunlar çərçivəsində regionda yerləşdiyini qeyd edib.
Ötən ay ABŞ donanmasına məxsus USS Mccampbel adlı idarə olunan raket daşıyıcı gəmisi də Şişə adalarına (Paracel) yaxın sulara yaxınlaşmışdı. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq ABŞ Donanmasına aid döyüş gəmisinin Cənubi Çin dənizinə daxil olmasına təpki göstərərək Vaşinqton rəhbərliyinə "təxribata son ver" çağırışı etmişdi.
Müxalifət.az