Çin hepersəs silah yarışında liderliyi ələ keçirib – 70 yaşının tamamında…

Baxış sayı:
13621

Çin Xalq Respublikasının 70 yaşı tamam oldu. Bu yubileylə bağlı 2019-cu il oktyabrın 1-də Pekində möhtəşəm parad keçirilib. Paraddan keçən hərbi texnika kolonunda çinli hərbçilər ilk dəfə olaraq, ən yeni «Dongfeng-41 (DF-41)» qitələrarası ballistik raketi və orta mənzilli hipersəs Dongfeng-17 (DF-17) ballistik raketini nümayiş etdiriblər. Pekində göstərilənlərə inansaq, o zaman belə çıxar ki, məhz Çin Xalq-Azadlıq Ordusu (ÇXAO) dünyada ilk dəfə özünün silaşlanmasına öz istehsalı olan hipersəs silahı alıb. Hazırda ABŞ, Rusiya, Çin, Avstraliya, Hindistan, Fransa və Almaniya hipersəs silah texnologiyası üzərində aktiv işlər aparırlar. İndi doğrudanmı, bu sırada məhz çinlilər həmin yarışda hamını qabaqlayır? Amerikalı hərbi ekspertlərin əksəriyyəti təsdiqləyir ki, Çində hipersəs texnologiyalarının prioritet inkişafının səbəbləri qismində Amerika Birləşmiş Ştatlarının (ABŞ) daha mükəmməl hərbi texnologiyalarının, o cümlədən, hipersəs texnologiyalarının ölkənin təhlükəsizliyinə yarada biləcəyi təhlükələrin qarşısının alınmasının qaçılmaz olmasını önə çəkilməlidir. Çin Xalq Respublikasında (ÇXR), eləcə də Rusiyada ondan ehtiyatlanırlar ki, ABŞ-ın hipersəs silahı Birləşmiş Ştatlara Çinin nüvə arsenalına və onun köməkçi infrastrukturuna öldürücü-qabaqlayıcı zərbə vurmaq imkanı verir. Belə situasiyada ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin müəyyən ərazilərdə yerləşdirilməsi Çinin amerikalılara cavab zərbəsi endirmək imkanlarını məhdudlaşdırır. Eyni zamanda, Çin Rusiyanın hipersəs texnologiyaları istiqamətindəki nailiyyətlərinə artan maraq nümayiş etdirir. Təsadüfi deyil ki, ÇXR özünün hipersəs uçan aparatlarının yay sınaqlarını Rusiyanın belə sınaqlarından dərhal (bir neçə gün) sonra həyata keçirib. Çin KİV-lərində hipersəs silahı mövzusunda dərc olunmuş materialların amerikalı mütəxəssislər tərəfindən tədqiqi göstərib ki, onların yarıdan çoxu Rusiyanın hərbi proqramlarına istinad edir. Bu, onun göstəricisi sayıla bilər ki, Çində hipersəs silahlara həm də bölgəsel kontekstdə yanaşırlar. Çin hipersəs silahını həm də Hindistanın bu istiqamətdəki səylərinə nəzər yetirməklə işləyib hazırlayır. Amerikalı analitiklər hesab edirlər ki, ÇXR-də planlaşdırılan hipersəs platforma hazırlayırlar. Bununla, hipersəs silahlar stratosferə Çinin silahlanmasında olan daşıyıcı raketlər (DF-21 ə DF-26) vasitəsilə tullanır. Belə komplektləşmədə amerikalılar tərəfindən «əraziyə girişdən imtinanın qarşını almaq» adandırdığı yanaşma strateji baxımdan istifadə olunacaq. Son vaxtlara qədər Çində hipersəs daşıyıcının hansı döyüş başlığı – nüvə və ya adi başlıqlarla, ya da ikili tətbiq olaraq təchiz ediləcəyi məsələsi hələ də rəsmi qaydada müəyyən edilməyib. Pekində keçirilmiş sonuncu paradda məlum oldu ki, Çin indi nümayiş olunan DF-17 orta mənzilli ballistik raketlərin bir sıra uğurlu sınaqlarını keçirib. Bu raketlər məxsusi olaraq, ağır yük maşını platformasından atılmaq üçün nəzərdə tutulub. Başqa sözlə, bu raketlər yer səthində yerləşdirilə bilən və həsəd aparıla biləcəyi mobilliyə malikdir. Amerika kəşfiyyatı DF-17 raketlərin uçuş məsafəsini 1000-1500 mil (1600-2400 km.) aralığında qiymətləndirir. Bu, klassik diapozondur, yəni «orta raketlər»dir. Bundan başqa, məlum olub ki, sonuncu paradda nümayiş etdirilmiş qitələrarası ballistik Df-41 raketlərin də Çində sınaqları keçirilib. Bu raketlər hipersəs planlaşdırılan platfoması üçün (adi və nüvə başlığı ilə təchiz olunmuş) modifikasiya oluna bilər. ABŞ Konqresi komissiyasının hesabatına görə, DF-41 qurğuları «ABŞ-ın materik hissəsi üçün nüvə-raket zərbəsi təhlükəsini əhəmiyyətli dərəcədə artırır». Planlaşdırılan hipersəs platformasına gəlincə, 2014-cü ildən bəri 9 dəfədən az olmayaraq, Çində kimi markalanmış (əvvəlcə WU-14 kimi markalanırdı) qurğuların sınaqları keçirilib. Amerikalı hərbçilərin qiymətləndirməsinə görə, sınaq uçuşları zamanı onun uçuş məsafəsi təxminən, 1200 mil (1930 km.) təşkil edib. Çinin hipersəs platforması uçuşda «ekstremal manevr»lər həyata keçirmək qabiliyyəti nümayiş etdirib. Hələ bu ilin əvvəlində amerikalı analitiklər ehtimal irəli sürüblər ki, DF-ZF artıq 2020-ci ildə silahlanmaya veriləcək. Görünür ki, Pekindəki son parad bu ehtimalı təsiqləyir… Bu gün Çin çox güclü elmi-tədqiqat infrastrukturuna malikdir və hipersəs silahının hazırlanması üzərində işləri davam etdirir. 2018-ci ilin martında bir amerikalı ekspert hətta bəyan edib ki, Çin ABŞ-da olduğundan 20 dəfə artıq hipersəs sınaqları keçirib.//azpolitika