​Çin dünyaya meydan oxuyur: Hipersəsli uçan aparat sınaqdan keçdi

Baxış sayı:
2293

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası " Xingkong-2" kimi tanınan hipersəsli uçan aparatı uğurla sınaqdan keçirib.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Global Times" qəzeti məlumat yayıb.
Sınaq zamanı sözügedən aparat havada təxminən 10 dəqiqə olub. Uçuş zamanı 30 km yüksəklikdə aparat bir çox çətin trayektoriya boyunca uğurlu manevrlər eləməklə eniş edib.
Aparatdan gələcəkdə döyüş başlığı üçün daşıyıcı və raket əleyhinə müdafiə sistemlərində istifadə etmək nəzərdə tutulur.
Daha bir neçə təkrar sınaqlardan sonra hipersəsli uçan aparatın silahlanmaya daxil edilməsi gözlənilir.