Çinə daha bir şok: H5N1 virusu aşkarlandı...

Baxış sayı:
2428

Çinin Xunan vilayətinin Şaoyan şəhərindəki fermaların birində təxminən 4500 toyuq H5N1 virusundan (quş qripi) tələf olub.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Yerli qurumlar virus səbəbindən 18 minə yaxın toyuğu məhv edib. Virusun aşkarlandığı ərazi dezinfeksiya olunub və karantin altına alınıb.

Qeyd edək ki, qonşu Hubey vilayətində yayılan koronavirusun yeni növündən və Şiddətli Kəskin Respirator Sindromu (SARS) pandemiyasından daha ölümcül olan quş qripinə Çində hələlik insanların yoluxması faktı qeydə alınmayıb. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, quş qripi quşlardan insana keçə bilər. Amma onun insandan insana keçməsi mümkün olsa da, çox çətindir. Bu xəstəlik insanlar üçün çox təhlükəli hesab olunur. Belə ki, son 15 ilin statistikasına əsasən, quş qripinə yoluxan adamların 60 faizə yaxını ölüb.

SARS xəstəliyində bu rəqəm 10 faiz, bu yaxınlarda Çində aşkarlanan koronavirusun yeni növündə isə 2,5 faiz təşkil edir.