Çin: ABŞ-ın yeni hərbi büdcəsini qəbul etmirik

Baxış sayı:
4966

Pekin Çinə təhdid kimi yanaşılan ABŞ-ın yeni müdafiə büdcəsi layihəsinə etiraz edir.
Muxalifet.az xəbər verir ki, bu bəyanatı Çin Müdafiə Nazirliyi yayıb. Bəyanatda bunun Çin-ABŞ ikitərəfli münasibətlərinin sağlam inkişafına uyğun olmadığı bildirilib. Pekin ABŞ-ın soyuq müharibə dövrünün düşüncəsindən əl çəkməli olduğunu və Çin hərbi sənayesinə obyektiv baxmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ tərəfindən bundan öncə təqdim edilən 2020-ci il büdcə layihəsində Rusiya və Çinlə strateji rəqabətin prioritet olacağı vurğulanıb.