Çin ABŞ-a qarşı sanksiyaları işə saldı

Baxış sayı:
283

Çin dövləti ABŞ-ın Honqkonqa dair qəbul etdiyi qanuna qarşı, ABŞ əleyhinə sanksiyalar tətbiqinə başlayır, Çin XİN rəsmisi Huya Çunin bu gün keçirilən brifinqdə bəyan etdi.
Muxalifet.az 
bu barədə "russian.rt"-yə istinadla xəbər verir.
“Çin NDI, Human Rights Watch, Freedom House olmaqla bir sıra qeyri – hökumət təşkilatlarına qarşı sanksiyaları işə saldı”, o bildirib. Məhdudlaşdırıcı tədbirlər həmçinin gəmiçilik sagəsinə də toxunacaq: Çin hakimiyyət dairələri ABŞ gəmilərinin Honqkonq limanına girməsini də müzakirə edəcək. Diplomat izah etdi ki, bu sanksiya qərarına ABŞ prezidenti Trampın imzaladığı qanun səbəb oldu – Çin hökuməti bu qanunu ABŞ –ın beynəlxalq normaları pozması və Çinin daxili işlərinə qarışmaq kimi qəbul edir.
Xatırladaq ki, prezident Tramp noyabrın sonu Honqkonqda insan hüquqları və demokratiya haqda qanun imzaladı.
Muxalifet.az